AZ

Fazil Mustafa: “Kimsə başqa həyat yaşamaq istəyirsə, getsin Avropaya”

Gürcüstanda heç kim Vətəndaş Qeydiyyatı Agentliyində rəsmi şəkildə cinsini dəyişə biəcəyik.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.

Bu fikirləri Kobaxidze Brüsselin tövsiyələri, o cümlədən “Ailə dəyərləri və azyaşlıların müdafiəsi haqqında” qanun paketi və “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı şərh verərkən səsləndirib.

“Sizə söz verirəm: əgər bir insan qadındırsa, o, kişi ola bilməz. Və əksinə. Bu, mənim vədimdir,” – deyə Baş nazir bildirib.

Kobaxidze vurğulayıb ki, Brüselin təzyiqlərinə baxmayaraq, Gürcüstan eynicinsli evliliklərin və cinsiyyətin dəyişdirilməsinin leqallaşdırılması ilə bağlı heç bir qərar qəbul etməyəcək və mövcud qanunların dəyişdirilməsi planlaşdırılmır.

Nəzərə alaq ki, bizim cəmiyyətimizdə də cinsini dəyişənlər, LGBT üzvləri var. Təbii ki, belələri ailə institutunu korlayır və milli dəyərlərimizə zərbə vurur.

Belələrinə qarşı ictimai qınağın güclənməsi günümüzün aktual məsələsidir.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili Fazil Mustafa deyir ki, bu qanunların hər hansı bir şəkildə bizdə olması mümkün deyil:

“Əgər sən insansansa  həyatını adam balası kimi qurmalısan. Hər cinsin də funksional özəlliyi var. Yox, kimsə başqa həyat yaşamaq istəyirsə, o zaman zəhmət çəkib getsin, Avropaya. Ordakı bəzi ölkələr buna icazə verir. Amma cinsin dəyişdirilməsi və yaxud eynicinslərin evliliyi Azərbaycanda qətiyyən mümkün deyil. Bu mənəvi mühiti pozmaqdır.

Bu cür tiplərə meydan verilməsi, təbliğ olunması da qadağan edilməlidir. Sosial şəbəkə üzərindən belə həyat tərzinin təbliği yolverilməzdir. Bu məsələnin üzərində düşünülməli və ciddi addımlar atılmalıdır”.

Surxay Atakişiyev

Seçilən
8
3
hurriyyet.az

4Mənbələr