AZ

Paşinyandan Azərbaycan Ermənistan sərhədi ilə bağlı AÇIQLAMA: Bu yenilik olacaq

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycanla sərhəddə və ölkənin digər giriş-çıxış məntəqələrində yeni nəzarət mexanizmləri tətbiq edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasında bildirib. Onun sözlərinə görə, artıq ağıllı pasport nəzarəti sistemi işə salınıb.

Paşinyan qeyd edib ki, bundan sonra ölkəyə giriş vahid dövlət prinsipləri əsasında elektron oxu cihazlarının köməyi ilə həyata keçiriləcək. Sərhədçilər yalnız şübhəli şəxslər aşkarlandıqda müdaxilə edəcəklər.

Yeniliklər təkcə Azərbaycanla sərhədi deyil, bütün quru sərhədlərini və hava limanlarını da əhatə edəcək.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
2
globalinfo.az

3Mənbələr