AZ

Bakıda hotellərin qiyməti 5 dəfə arta bilər

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan 2016-cı ildən "Formula-1" yarışlarına ev sahibliyi edir. Bu yarışlar təkcə idman tədbiri deyil, həm də ölkəmizin turizm potensialını dünyaya tanıdır və xarici qonaqların Azərbaycana marağını artırır. Yarış günlərində hotellərin qiymətlərində nəzərəçarpan artım müşahidə olunur.

Turizm eksperti Cabir Dövlətzadə Metbuat.az-a açıqlamasında bildirib ki, bu yarışlara əsasən ABŞ və Avropa ölkələrindən turistlər gəlir. Onun sözlərinə görə, tədbir dövründə xüsusən mərkəzi ərazilərdə və yarışa yaxın hotellərdə qiymət artımı gözlənilir:

“Bu artım bəzən 300 faizdən 400-500 faizədək yüksələ bilər və bazarın tələbinə uyğun olaraq formalaşır. Lakin bu, bütün hotellərə aid deyil, əsasən "Formula-1"in keçirildiyi əraziyə yaxın hotellərdə müşahidə olunur. Bu il gələn turistlərin ölkə iqtisadiyyatına ciddi töhfə verəcəyi və bunun yerli turizm sektoruna müsbət təsir göstərəcəyi gözlənilir”.

Qeyd edək ki, sentyabrın 19-21-də paytaxtımızda "Formula-1" üzrə Azərbaycan Qran-prisi baş tutacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
metbuat.az

2Mənbələr