ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail Yəməndəki husi üsyançılarının hədəflərinə hücumları davam etdirəcək.
Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Yəmən ərazisinə endirilən yeni zərbələri şərh edərkən deyib.
Netanyahu təxminən bir həftə əvvəl Sənaya əməliyyatı və buna cavab olaraq husilərin Eylat şəhəri yaxınlığında Ramon hava limanın hücumunu xatırladıb:
“Ancaq bu bizim qətiyyətimizi azaltmır, bu gün yenidən onların terrorçu hədəflərinə, çoxlu sayda terrorçunun olduğu bazalara, eləcə də digər hədəflərə hava hücumları həyata keçirdik. Zərbələrimizi davam etdirəcəyik. Bizi atəşə tutan və bizə hücum edən hər kəsi ələ keçirəcəyik".
Qeyd edək ki, bu gün İsrail qüvvələri Yəməndəki husi hədəflərinə çoxseriyalı zərbələr endirib. Son məlumata görə, hücumda 9 nəfər ölüb, 118 nəfər yaralanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.