AZ

Bir ildən sonra meydana çıxa bilər - “Barselona”nın yarımmüdafiəçisi

“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal İspaniya La Liqasının “Valensiya” ilə matçında iştirak edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Barca Universal” məlumat yayıb.

18 yaşlı futbolçu qarşıdakı oyunda iştirak etmək üçün tibbi icazə almalıdır. O, 2024-cü ilin avqustundan bəri dizində ön çarpaz bağın qırılması səbəbindən meydanda olmayıb.

La Liqanın 4-cü turunun “Barselona” – “Valensiya” matçı sentyabrın 14-də keçiriləcək.

Seçilən
11
sportinfo.az

1Mənbələr