"Ukraynalı qaçqın İrina Zarutskayanın qatili ölüm cəzasına məhkum edilməlidir".
Moderator.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" şəbəkəsində yazıb.
ABŞ lideri cinayətkarı "heyvan" adlandırıb və tez bir zamanda məhkəmə prosesinin keçirilməsinin zəruriliyini vurğulayıb. Tramp bildirib ki, qatil üçün yeganə mümkün cəza ölüm hökmü olmalıdır.
"Ukraynadan olan gözəl qızı vəhşicəsinə öldürən heyvan tez bir zamanda mühakimə olunmalı və ölüm cəzasına məhkum edilməlidir. Başqa variantlar ola bilməz", - deyə Tramp bildirib.