AZ

Alfonso Dominqes Dünya Kubokunun yarımfinalında

Azərbaycan boksçusu Alfonso Dominqes Liverpulda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

90 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin lideri 1/4 finalda Emrah Yaşarla (Türkiyə) qarşılaşıb. Dominqes rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bu qələbə sayəsində boksçu ən azı bürünc medalı təmin edib.

Yarımfinalda Alfonso braziliyalı Santos Ribeiro Filyo ilə qarşılaşacaq. Döyüş sentyabrın 12-də baş tutacaq.

Seçilən
22
3
anews.az

10Mənbələr