31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində “Azercell”in telekommunikasiya tərəfdaşlığı ilə 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı keçirilib.
Mia.az xəbər verir ki, Bakı şəhərində təşkil olunan Dünya Finalı 70 ölkəni təmsil edən 140 universitet komandasını bir araya gətirib. Final mərhələsində iştirakçılar mürəkkəb tapşırıqları həll edərək proqramlaşdırma bacarıqlarını, alqoritmik düşünmə qabiliyyətlərini və komanda işini nümayiş etdiriblər.