AZ

Paşinyan: Azərbaycanla sərhəddə müasir texnologiyanın tətbiqi nəzərdə tutulur

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin suverenliyi və yurisdiksiyası onun ərazisində olan bütün şəxslərə, milli, irqi, dini mənsubiyyət və ya vətəndaşlıqdan asılı olmayaraq tətbiq olunur.

Milli.Az xəbər verir ki, bu fikirləri Paşinyan sentyabrın 10-da parlamentin iclasında müxalif "Ermənistan" blokunun deputatı Aqnessa Xamoyanın sualını cavablandırarkən səsləndirib.

Deputat Azərbaycanın vətəndaşlarının Ermənistana giriş-çıxış qaydaları və onların mümkün hüquqi məsuliyyət daşıması ilə bağlı maraqlanıb.

Baş nazir vurğulayıb ki, Ermənistan Respublikasının yurisdiksiyası dövlət prinsipi kimi bütün şəxslərə bərabər şəkildə şamil olunur. Onun sözlərinə görə, Ermənistan sərhədlərin idarə edilməsində müasir texnologiyadan istifadə etməyi planlaşdırır:

"Adi qaydada bu texnologiyalar pasport nəzarətinin elektron qurğular vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Yalnız şübhəli hallar aşkarlandıqda sərhədçilər müdaxilə edirlər", - deyə Paşinyan qeyd edib.

O əlavə edib ki, bu sistemlərin ölkənin Gürcüstan, İran, Türkiyə və Azərbaycanla sərhəddə, həmçinin hava limanlarında tətbiqi nəzərdə tutulur. (APA)

Milli.Az
 

Seçilən
21
15
milli.az

10Mənbələr