AZ

Polşa Ukraynanın təcrübəsini tətbiq edəcək

Polşa Rusiyadan gələ biləcək dron və raket hücumları fonunda təhsil müəssisələrinin müdafiəsi sahəsində Ukraynanın təcrübəsini öyrənməyə və tətbiq etməyə hazırdır.

Bu barədə Polşanın Elm və Ali Təhsil Nazirliyinin dövlət katibinin müavini Andjey Şeptitski Kiyevdə jurnalistlərə açıqlama verib.

“Bu, bizim üçün yeni vəziyyətdir – dünən gecə Polşada baş verən hadisələr bunu bir daha göstərdi. Hökumət artıq vəziyyət üzərində işləyir. Əminəm ki, gələcəkdə buna tam hazır olacağıq”, – deyə Şeptitski bildirib.

Onun sözlərinə görə, Varşava təhlükə artacağı təqdirdə Ukraynanın sınanmış təhlükəsizlik tədbirlərini məktəb və universitetlərdə həyata keçirməyi planlaşdırır.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr