AZ

Bakıda məşhur uşaq bağçasından ŞOK GÖRÜNTÜLƏR yayıldı

Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılıb.

News24.az xəbər verir ki, bu barədə görüntülər İqtisadiyyat.az-ın redaksiyasına göndərilib.

Belə ki, vətəndaş hadisənin "Predu" uşaq bağçasının paytaxtın Xətai rayonundakı Həzi Aslanov filialında baş verdiyini qeyd edib.

O bildirib ki, uşaq bağçasına aylıq 1 144 manat ödəniş etdiyi halda övladına göstərilən xidmətdən narazıdır.

"Söhbət mənim 3 yaşlı övladımdan gedir, axı azyaşlı uşağa necə şiddət göstərmək olar?" ,- deyə adını açıqlamaq istəməyən valideyn bildirib.

Məsələ ilə bağlı "Predu" uşaq bağçasından bildirilib ki, kadrlarda əks olunan uşaq aprel ayında bağçaya qəbul olunub:

"Bağçaya başlarkən valideynləri uşaqdakı mövcud problemlər haqqında məlumat verməyib. Ancaq uşaq nevropatoloq nəzarətində olan, dərman qəbul edən və ümumi inkişaf ləngiməsi diaqnozludur. Uşaq psixoloq və loqoped dəstəyi alırdı. Qrupda uşaqlara qarşı aqressiv davranışları artdığı üçün valideynlərinə onun qrupdan kənarlaşdırılması təklif edilib. Ancaq ailə bunu qəbul etməyib, bağçaya qarşı təhdidkar ifadələr işlədib.

Valideynin qeyd etdiyi ödəniş miqdarı da reallığı əks etdirmir. Görüntülərin əvvəlində kadrları kəsildiyi və sürətləndirildiyi üçün bu şəkildə kobud görünür. Ancaq bağçamızda hər hansısa uşağa qarşı kobudluq halı olmayıb. Müşahidə kameralarımız 7/24 aktivdir".

Həmin görüntüləri təqdim edirik:

Seçilən
25
4
news24.az

5Mənbələr