Kamçatka sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin regional bölməsinin məlumatında deyilir.
Təkanlar Petropavlovsk-Kamçatskidən 210 km uzaqlıda, 14,3 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilmir.