AZ

Fransada etirazlar zamanı 500-ə yaxın şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB-1

Fransada “Hamını bloklayaq!” şüarı altında keçirilən kütləvi etirazlar zamanı polis 473 nəfəri saxlayıb.

APA xəbər verir ki, bu barədə BFMTV telekanalı Fransanın Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Nazirliyin məlumatına görə, saxlanılanlardan 339 nəfər həbs olunub.

Etirazçılarla toqquşmalar zamanı 13 polis əməkdaşı yüngül xəsarət alıb.


***
17:31

Fransada etiraz aksiyalarında 4 təhlükəsizlik əməkdaşı yaralanıb.

APA xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyindən bildirilib.

Nazirlik 295 aksiya iştirakçısının saxlandığı barədə məlumat yayıb.

Lyon şəhərində etirazçılara gözyaşardıcı qaz tətbiq edilib.

***

17:01

Renn şəhərində etiraz aksiyasında bir jandarma yüngül yaralanıb.

APA BFMTV-yə istinadən xəbər verir ki, Nitsada keçirilən yürüşdə 100-dən çox insan iştirak edib.

Nantda su şırnaqlarından istifadə edilib.

Paris bölgəsində 183 nəfər saxlanılıb.

***

13:19

Fransada kütləvi etiraz aksiyalarında 200 nəfər saxlanılıb.

APA BFMTV-yə istinadən xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri bildirib.

Məlumata görə, Lionda etirazlar zamanı polislərə hücum olub.

***

11:45

Fransada kütləvi etirazlar başlayıb, vətəndaşlar hakimiyyətin iqtisadi siyasətindən narazıdırlar.

APA BFMTV-yə istinadən xəbər verir ki, keçmiş Baş nazir Fransua Bayrunun büdcə planına etiraz etmək üçün sosial mediada başlayan “Hər şeyi bloklayın” etiraz hərəkatının bir hissəsi olaraq Fransanın bir sıra şəhərlərində nümayişlər keçirilir.

Kütləvi etirazlar paytaxt Parislə bərabər, Marsel, Tuluza və digər başqa şəhərlərdə keçirilir, saxlanılanlar var.

Etirazçılar küçələrdə barrikadalar qurublar, zibil qutularını yandırıblar, polis onların qarşısını almağa çalışır.

Seçilən
11
3
apa.az

10Mənbələr