AZ

Qətərdən İsrailə sərt xəbərdarlıq: Elə bir cavab veriləcək ki...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrailin Dohada HƏMAS nümayəndələrinə qarşı həyata keçirdiyi hücumdan sonra Qətər rəhbərliyi sərt bəyanatla çıxış edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Ölkənin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani İsrailin etibarsız və dağıdıcı addımlarının bölgədə yeni qarşıdurmaya səbəb ola biləcəyini bildirib.

Qətər baş naziri deyib ki, İsrailin son əməliyyatı yalnız Qətərə deyil, bütün regiondakı sabitliyə zərbə vurub:

“İsrailə cavab region ölkələri ilə birgə veriləcək. Biz hazırda regional tərəfdaşlarla bunu müzakirə edirik. Ümid edirik ki, İsrail zülmünü dayandırmaq üçün bu cavab real və təsirli olacaq”.

Onun sözlərinə görə, Qətər diplomatik kanallarla da fəaliyyətini davam etdirir, lakin yalnız diplomatiyaya ümid bəsləmək olmaz, çünki İsrailin aqressiv siyasəti artıq qəbul edilə bilməz həddə çatıb.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
globalinfo.az

1Mənbələr