Yeni tədris ilinin başlaması ilə əlaqədar marşrut xətlərinə 2300-dən çox avtobus cəlb ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılacaq.
Əlavə olaraq yaxın vaxtlarda daşıyıcılar Bakıya ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətirəcək.
Yeni tədris ilinə "Azərbaycan Dəmir Yolları" QSC də hazırlıq görür. Həmin ərəfədə əlavə reyslər təyin olunacaq.
"Bakı Metropoliteni" QSC-dən də "Xəzər Xəbər"ə bildirildi ki, orada da hazırlıq işləri tamamlanmaq üzrədir. Ən optimal hərəkət qrafiki tətbiq olunacaq. Bir sıra yeniliklərin də olacağı gözlənilir.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta