AZ

Azərbaycanda məşhur brend mağaza bağlanır?

Azərbaycanda fəaliyyət göstərən Türkiyənin “DeFacto” markasına məxsus mağazaların bağlandığı iddia edilir.
ONN media Qaynarinfo-ya istinadən xəbər verir ki, artıq şəbəkənin bir neçə filialı boşaldılıb. Məhsullar outlet mağazada bu gündən satışa çıxarılıb.
İddia olunur ki, hələ bir müddət öncə şirkətin əməkdaşlarına ixtisar olunacaqları ilə bağlı məlumat da verilib. İddialara görə, mağaza artıq Azərbaycanda onlayn çatdırılma ilə işləmək istəyir.
Məlumat üçün bildirək ki, internet resurslarında “DeFacto”nun Azərbaycandakı rəsmi distribütoru kimi “BrandMart” QSC göstərilib. “DeFacto”nun Azərbaycanda 4 mağazası fəaliyyət göstərir.
İddiaları dəqiqləşdirmək üçün şəbəkənin Bakı, Sumqayıt və Gəncədə fəaliyyət göstərən bir neçə filialı ilə əlaqə saxlamağa çalışsaq da, internetdə qeyd edilən nömrələr işləməyib.
“DeFacto”nun Türkiyədə yerləşən Baş Ofisindən isə sorğunu cavablandırmaqdan imtina ediblər.
Seçilən
4
8
onn.az

10Mənbələr