AZ

Rəhbər adam klubla müqaviləsinə xitam verdi

“Kəpəz” əməliyyatlar üzrə rəhbəri İlqar Nadiri ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.

“Kəpəz” İlqar Nadiriyə fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

İlqar Nadiri 2022-ci ildə yaradılan İdarə Heyətinin ilk sədri olub.

Seçilən
19
sportinfo.az

1Mənbələr