AZ

İsrailin Dohaya hücumu qəbuledilməzdir - Lavrov

İsrailin Dohaya endirdiyi zərbə qəbuledilməzdir və dost Qətərin suverenliyinin pozulmasıdır.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə söhbətində bildirib.

Lavrov Rusiyanın Qətər rəhbərliyi və xalqı ilə həmrəy olduğunu qeyd edib:

“Ölən Qətər vətəndaşlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalması diləyirəm”.

Seçilən
7
2
axar.az

3Mənbələr