Heyətini gücləndirməkdə davam edən "Lənkəran" basketbol komandası daha bir transferi həyata keçirib.
Sportinfo.az xəbər verir ki, bu barədəbölgə təmsilçisindən məlumat verilib.
Gənc oyunçu Pərviz Mirzəyev heyətə cəlb olunub. Bu, onun ilk peşəkar komandası olacaq.
Mirzəyev buna qədər Tələbə Liqasında Gəncənin ATU komandasının şərəfini qoruyub.
"Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Raşed Diso,Teron Montqomeri və Nmeso Nnbedum transferlərini həyata keçirib.