AZ

Banan yemək kefimizi açırmış

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Meyvələr arasında həm dadı, həm də faydaları ilə seçilən banan dünyanın ən çox istehlak olunan qidalarından biridir.

“Qafqazinfo” xəbər verir ki, tropik ölkələrdə yetişdirilən bu meyvə həm uşaqlar, həm böyüklər, həm də yaşlılar üçün sağlamlıq baxımından olduqca faydalıdır.

Banan təbii şəkərlərlə zəngindir. Onun tərkibində saxaroza, fruktoza və qlükoza kimi təbii karbohidratlar mövcuddur. Bu səbəbdən də yorğun anlarda, idman zamanı və ya günün ortasında tez enerji əldə etmək üçün ideal qidadır.

Tərkibindəki lif qəbizliyin qarşısını alır, bağırsaq hərəkətlərini asanlaşdırır və həzmi yüngülləşdirir. Banan həm də mədə turşusunu balanslaşdıraraq qastrit və reflüks kimi problemlərdə rahatlıq gətirə bilir.

Kalium baxımından olduqca zəngin olan banan qan təzyiqini normallaşdırır. Kalium həmçinin ürək əzələlərinin sağlam fəaliyyət göstərməsinə kömək edir. Düzgün qidalanma ilə yanaşı, gündə bir banan yemək ürək-damar xəstəliklərinin riskini azalda bilər.

Bananın tərkibindəki triptofan adlı maddə orqanizmdə “xoşbəxtlik hormonu” kimi tanınan serotoninin ifrazını artırır. Bu isə stressin azalmasına, əhval-ruhiyyənin yaxşılaşmasına və yuxunun keyfiyyətinin artmasına səbəb olur.

İdmanla məşğul olanlar üçün banan həm enerjili qəlyanaltıdır, həm də əzələ spazmlarının qarşısını almaqda faydalıdır. Tərkibindəki maqnezium və kalium sümüklərin və əzələlərin möhkəmlənməsinə xidmət edir.

Banan C vitamini, B6 vitamini və müxtəlif antioksidantlarla zəngindir. Bu maddələr orqanizmin immun sistemini gücləndirir, xəstəliklərə qarşı müqaviməti artırır. Banan həmçinin dəri və saç sağlamlığına müsbət təsir göstərir. Ondan hazırlanan təbii maskalar dərini nəmləndirir, saçlara parlaqlıq verir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
qafqazinfo.az

1Mənbələr