
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) cari ilin iyun ayında Ukraynanın mühüm infrastrukturunun kibertəhlükəsizliyini gücləndirmək proqramına 2 milyon dollar ayırıb.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ hökumətinin müqavilə sənədlərinə əsaslanan hesablamalarında qeyd olunub.
Bildirilir ki, müvafiq tədbirlər Donald Tramp administrasiyasının xarici yardımı azaltmaq üzrə ümumi kursuna baxmayaraq həyata keçirilib. Agentliyin məlumatına görə, proqramın ümumi dəyəri 125 milyon dollardır. 2020-ci ilin may ayında başlayıb, 2026-cı ilin martında başa çatması planlaşdırılır.
V. QULİYEV