AZ

Bilet satanın səhvindən iki rəfiqə Nitsa əvəzinə Tunisə göndərildi

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

İtaliyada komediya filmini xatırladan hadisə baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-dən olan 2 turist bilet satan qadının səhvindən Fransa əvəzinə Tunisə uçmalı olublar.

Belə ki, rəfiqələr bilet alarkən "to Nice" deyiblər. Yəni, Nitsaya. Bilet satan isə bunu "Tunis" kimi başa düşüb.

Rəfiqələr səhv istiqamətə getdiklərini təyyarə havaya qalxarkən biliblər. Amma gec olub və onlar məcburən Tunisə uçmalı olublar.

Qeyd edək ki, baş verənləri gülüşlə qarşılayan turistlər Tunisdə endikdən sonra Nitsaya bilet alıblar. Amma bu dəfə bilet satana getdikləri yeri sözlə bildirməyiblər, yazılı şəkildə təqdim ediblər.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
525.az

1Mənbələr