AZ

Liman şəhərinin 2042-ci ilədək inkişafına dair Baş planı təsdiq edilib

Baş nazirin qərarı ilə "Liman şəhərinin 2042-ci ilədək inkişafına dair Baş planı" təsdiq edilib. 

Qeyd edək ki, cari il mayın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin inzibati binasında Liman şəhərinin Baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirilmişdir. Şəhərin uzunmüddətli perspektiv inkişafını təyin edən əsas şəhərsalma sənədi kimi Liman şəhərinin Baş planında əhalinin artım səviyyəsinə əsasən rahat həyat şəraitinin təmin edilməsi üçün müasir yaşayış komplekslərinin inşası, mövcud şəhər infrastrukturunun təkmilləşdirilməsi, həmçinin iqtisadi imkanların genişləndirilməsi və sakinlərin məşğulluğunun təmin edilməsi üçün sənaye ərazilərinin yenidənqurulması, ictimai-işgüzar zonaların yaradılması planlaşdırılır. 

Baş planda nəzərdə tutulan perspektiv inkişaf planının icra olunması fəaliyyət növlərinə görə zamanla mərhələlərlə həyata keçirilir. 

"Azərbaycan"

Seçilən
89
azerbaijan-news.az

1Mənbələr