Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
APA xəbər verir ki, budəfəki mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 15 ailə - 59 nəfər, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə isə 10 ailə, 39 nəfər yola salınıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə qayıdan keçmiş məcburi köçkün İlyas Quliyev sevincinin həddi-hüdudu olmadığını vurğulayıb.
"Öz yerimizə, obamıza , ata yurdumuza gedirik. 10-15 ömrümüz var, onu da rahatlıqla yaşayaq. Müəyyən planlarımız var. Öz bağımızla, bostanımızla məşğul olacağıq".
Qırmızı Bazar qəsəbəsinə qayıdan keçmiş məcburi köçkün Nazənin Hüseynova isə doğma torpaqlarından 32 il əvvəl çıxdığını, indi isə ora həvəslə qayıtdığını dilə gətirib:
"Neçə il idi, yataqxanada qalırdıq, şükür bu günümüzə ki, öz evimizə-obamıza gedirik. Mən kəndimizdən çıxanda 40 yaşım var idi, indi 72 yaşım var. Çox şükür, həvəslə gedirik".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta