AZ

Əfran İsmayılov: "Həm futbolumuz geri düşür, həm də pulumuz xərclənir"

"Bir gün ərzində komandanın toparlanmağı, çətin vəziyyətdən çıxmağı, növbəti oyunda heç-heçə etməsi yaxşı nəticə və uğurdur".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.

Keçmiş yarımmüdafiəçi yığmanın Bakıda Ukrayna ilə heç-heçə etdiyi (1:1) DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Burada baş məşqçi Ayxan Abbasovun böyük zəhməti var. O, bu yükün altına girdi. Futbolçulara da təşəkkür düşür. Onlar əllərindən gələnin ən yaxşısını etdilər. İstədikləri xalı da qazandılar. Millimiz qol da vura bilmirdi. Şükürlər olsun ki, milli yaxşı nəticə göstərdi".

İsmayılov Ukrayna seçməsinin fərdi və komanda şəklində bizdən güclü olduğunu söyləyib: "Ayxan Abbasov kollektivə əzm, istək, milli ruhu aşılaya bildi".

O, millidəki baş məşqçi məsələsi ilə bağlı da danışıb: "Bunu rəhbər şəxslər daha yaxşı bilər. Qərarı onlar verir. Amma mən həmişə yerli baş məşqçinin tərəfdarı olmuşam. Santuş gələndə də bunu demişəm. Əlavə vaxt və xərc idi. Həm futbolumuz geri düşür, həm də pulumuz xərclənir. Şükürlər olsun, gec də olsa, ayıldıq. Azərbaycanlı məşqçi də göstərdi ki, yerli mütəxəssisə ehtiyac var. Sadəcə, şans vermək lazımdır. Fransa və Ukrayna ilə səfərdə üz-üzə gələcəyik. Ağır matçlar olacaq. Uduza bilərik. Yerli baş məşqçiyə uzunmüddətli şans vermək lazımdır. Neçə illərdir əcnəbilər gəlir, futbolumuz geriyə düşür. Məsələn, Ayxan Abbasovun özünə şans vermək olar. İnanıram ki, hər şey yaxşıya doğru gedəcək".

İdman.biz

Seçilən
18
1
idman.biz

2Mənbələr