AZ

“Azərbaycana qalib gələ bilməsəydim, dərhal yığmadan gedərdim”

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukraynalı keçmiş futbolçu Viktor Leonenko DÇ-2026-nın seçmə mərhələsində Ukraynanın Azərbaycanla heç-heçə etməsini şərh edib.

Futbolpress.az xəbər verir ki, yerli mətbuata danışan mütəxəssis 1:1 hesabıyla bitən oyunu ukraynalılar üçün biabırçılıq adlandırıb:

“Biz hətta həvəskarlarla oyunlarda qol epizodu yarada bilmirik. Azərbaycanın bir oyunçusu “Çayka”da, digəri tələbələr yığmasında oynayıb, amma onları belə uda bilmirik. Meydanda yeriməyə öyrəşmişik. Azərbaycana qalib gələ bilməsəydim, dərhal yığmadan gedərdim”.

Azərbaycan yığması D qrupunda İslandiya, Fransa və Ukrayna ilə mübarizə aparır. Milli 2 turdan sonra 1 xalla 4-cü sıradadır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
futbolpress.az

1Mənbələr