AZ

Türkiyədə Habertürk, Show TV və Bloomberg HT üzərinə həbs qoyuldu

İstanbul Küçükçekmece Cumhuriyyət Prokurorluğunun apardığı istintaq çərçivəsində Can Holding-ə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib.

Marja xəbər verir ki, əməliyyat nəticəsində holdingin rəhbərlərindən Mehmet Şakir Can, Kemal Can və Kenan Tekdağ da daxil olmaqla 8 yüksək vəzifəli şəxs üçün saxlanma qərarı verilib.

Əməliyyat zamanı Can Holding-ə məxsus 121 şirkətə həbs qoyulub, bunlar arasında media qurumları Habertürk, Show TV və Bloomberg HT də yer alır.

İstintaq zamanı yönəldilən ittihamlar arasında “cinayətkar təşkilat yaratmaq”, “qaçaqmalçılıq”, “dələduzluq” və “çirkli pulların yuyulması” halları yer alıb.

can_holding_əməliyyatı habertürk_show_tv_həbsi 121_şirkət_həbs mehmət_şakir_can_saxlanıldı kemal_can_saxlanıldı kenan_tekdağ_saxlanıldı türk_media_həbsi cinayətkar_təşkilat_ittihamı qaçaqmalçılıq_dələduzluq qara_pullarin_yuyulması istanbul_küçükçekmece_prokurorluğu
Seçilən
30
marja.az

1Mənbələr