AZ

ABŞ-də Konqres 2026-cı il üçün hərbi xərcləri təsdiqlədi – Təxminən 900 milyard dollardır


ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə günü ölkənin 2026-cı maliyyə ili üçün (oktyabrın 1-dən başlayacaq) hərbi xərclərini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, hərbi xərclərin məbləği təxminən 900 milyard dollar təşkil edib.
Sənədi 231 deputat dəstəkləyib, 196 deputat əleyhinə səs verib.
Hazırda Nümayəndələr Palatasında azlıq təşkil edən ABŞ Demokratik Partiyasından 17 qanunverici qanun layihəsini dəstəkləyib. Çoxluq fraksiyası olan respublikaçılardan isə dördü ona səs verməyib.
Sənəddə Ukraynaya 400 milyon dollarlıq hərbi yardım nəzərdə tutan bənd də öz əksini tapıb. Bu vəsaitin Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) vasitəsilə ayrılması nəzərdə tutulur. O, ABŞ Müdafiə Nazirliyinin bu və ya digər avadanlıq və vasitələri birbaşa Amerika arsenallarından təmin etməkdənsə, istehsalçılarla müqavilələr əsasında təmin etməyi nəzərdə tutur.
Qanunvericilər həmçinin sənədə ABŞ administrasiyası Ukraynaya əvvəllər Konqres tərəfindən təsdiq edilmiş yardımı ləğv etmək və ya dayandırmaq qərarına gələcəyi təqdirdə, Pentaqonun onları xəbərdar etməsini tələb edən müddəa da daxil ediblər.
ABŞ Senatı qanun layihəsini qəbul etdikdən sonra yekun sənəd xüsusi komissiyada yekunlaşdırılacaq. Yalnız bundan sonra sənəd imza üçün ABŞ Prezidenti Donald Trampa göndəriləcək.
Seçilən
8
6
yeniavaz.com

7Mənbələr