AZ

Pensiya siyasətində mütərəqqi yanaşmalar | TƏHLİL

Belə ki, 2019-cu il yanvarın 1-dən reallaşan islahata müvafiq qaydada, vətəndaşların 2006-2018-ci illər üzrə fərdi hesablarında ən kiçik məbləğdə belə pensiya kapitalı olduqda, onlara 25 il sosial sığorta stajı hədiyyə edilməklə pensiya hüququ qazanmağa imkan yaradılır. Bu yanaşma pensiya təminatına əlçatanlığın artırılması baxımından mühüm və yüksək qiymətləndirilə bilən islahat tədbiri kimi səciyyələndirilə bilər.

Pensiya təminatına əlçatanlıq kontekstində digər önəmli bir istiqamət güzəştli şərtlərlə erkən dövrdə yaşa görə pensiya hüququnun verilməsidir. Son 2 il ərzində güzəştli şərtlərlə erkən yaşda pensiya hüququ təmin edən peşə və vəzifələrin siyahısına daha 65 yeni peşə və vəzifə daxil olunub. Hazırda həmin siyahı 5 il daha tez pensiyaya çıxmaq imkanı yaradan 4 mindən artıq peşə və vəzifəni, eləcə də müvafiq göstəriciləri əhatə edir. Bu isə,özü-özlüyündə əmək bazarında ağır və sağlamlıq üçün zərərli əmək şəraitində çalışan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, sosial təminat sisteminin ədalətliliyinin artırılmasına və pensiya təminatına daha geniş əlçatanlığın təmin edilməsinə xidmət göstərir.

Eyni zamanda, güzəştli şərtlərlə pensiya təyin edilən şəxslər üçün pensiya ödənişi gözləntisi müddətini son illərdə kişilər üzrə 204 aydan, qadınlar üçün isə 234 aydan 144 aya endirilib. Bu da onlara hesablanan pensiya məbləğinin ortalama qaydada42-62% artması ilə nəticələnib.

Təbii ki, burada önəmli istiqamətlərdən biri də vətəndaşlarla işin keyfiyyətinin artırılması və vətəndaşların vaxta qənaət etməsi, eyni zamanda şəffaflığın daha da təmin olunması məqsədilə proaktiv xidmətlərin göstərilməsidir. Bu istiqamət üzrə vurğulanmalıdır ki, 2024-cü ildə “Əmək pensiyaları haqqında” Qanuna edilən yeni dəyişiklik nəticəsində uşaqlara görə güzəştli şərtlərlə erkən pensiya hüququ yaranan şəxslərə də pensiyanın proaktiv təyinatı mümkün olub.

Xatırladaq ki, ötən il pensiya qanunvericiliyinə edilmiş dəyişiklik nəticəsində vətəndaşların bir neçə pensiya hüququ olduğu halda, sənədlərin toplanması və müraciət prosedurlarına ehtiyac qalmadan, elektron sistem vasitəsilə proaktiv şəkildə onlara daha yüksək pensiya növü təyin edilir ki, bu da nəticə etibarilə pensiya təyinatı prosesinin daha şəffaf, sürətli və vətəndaşlar üçün əlçatan olmasına, həmçinin inzibati yükün azalmasına xidmət göstərir.

İqtisad üzrə elmlər doktoru, professor, Elşad Məmmədov
İqtisadçı-ekspert, Aslan Əzimzadə



Seçilən
5
1
azvision.az

2Mənbələr