AZ

"Qarabağ" dünya reytinqində irəlilədi

"Qarabağ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya klublarının reytinq cədvəlində 96-cı pilləyə yüksəlib.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu 154,75 xala malikdir.

Ağdam təmsilçisi klublarımız arasında ən yaxşı göstəriciyə sahibdir.

“Qarabağ” ötən ay açıqlanan siyahı ilə müqayisədə 17,50 xal artımına nail olub və 38 pillə irəliləyib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ötən cədvəldə 137,25 xalla 134-cü pillədə qərarlaşmışdı.

saytlarin hazirlanmasi

Seçilən
12
8
sportal.az

9Mənbələr