AZ

Qətər: “Trampın mövqeyini yüksək qiymətləndiririk, ardınca tədbirlər görülməlidir”

ain.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Qətər rəhbərliyi ABŞ prezidenti Donald Trampın İsrailin Dohaya hücumu ilə bağlı mövqeyinə münasibət bildirib.

Doğru.az xəbər verir ki, Baş nazir Məhəmməd bin Əbdülrəhman Əl Tani CNN-ə açıqlamasında Trampın mövqeyini yüksək qiymətləndirdiklərini və bunun ardınca tədbirlərin görülməsinin vacib olduğunu deyib.

Əl Tani daha əvvəl bəyan etmişdi ki, İsrail rəhbərliyi Dohaya zərbələri təsdiqləməklə Qəzza zolağında girovların azad olunmasına dair bütün ümidləri puça çıxarıb.

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu Həmas liderlərinə hava zərbələri endirdikdən sonra ilk dəfə Qətərin adını birbaşa çəkərək, əmirliyi “terrorçulara sığınacaq verməkdə” ittiham edib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
dogru.az

2Mənbələr