AZ

Azərbaycanda velosipedin əyləc tutacağı 8 yaşlı qızın gözünə girdi - Xəstəxanada öldü

Gəncə şəhərində velosipeddən yıxılan 8 yaşlı uşaq vəfat edib.

Milli.Az xəbər verir ki, Ayşən Azər qızı Abdullayevanın qaçarkən velosipedə çırpılması nəticəsində vəfat etməsi müəyyənləşib.

Belə ki, Ayşən yaşadığı Ozan küçəsində döngədən qaçarkən 2011-ci il təvəllüdlü Allahverdiyev Həbib Vüqar oğlunun idarə etdiyi velosipedə dəyib və bu zaman velosipedin sağ əyləc tutacağı A.Abbasovanın gözünə girib. Nəticədə azyaşlı qız aldığı açıq kəllə-beyin travması xəsarətindən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Seçilən
15
4
milli.az

5Mənbələr