AZ

Avropa çempionatının bütün yarımfinalçıları bəlli oldu

Kişi basketbolçular arasında Avropa çempionatında bütün yarımfinalçılar bəlli olub.

Fanat.Az xəbər verir ki, 1/4 finalın son oyununda Almaniya millisi Sloveniyaya qalib gələrək (99:91) növbəti mərhələyə vəsiqə qazanıb.

Yarımfinalda Türkiyə Yunanıstanla, Finlandiya isə Almaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələnin matçları sentyabrın 12-də təşkil olunacaq. Avropa çempionunu müəyyənləşdirəcək final və üçüncülük görüşləri sentyabrın 14-də baş tutacaq.

Seçilən
27
fanat.az

1Mənbələr