AZ

Qarabağda daha 6 məktəbəqədər müəssisə açılacaq -

“Kəndlərimizdə məktəbəqədər təhsil müəssisələrində boş yerlərin sayı kifayət qədərdir. Bu sahədə də islahatlara yavaş-yavaş başlayırıq. Hansı bölgədə yerlər tamamilə boş qalırsa, digər ərazilərdən uşaqları ora yönləndiririk”.Metbuat.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib. Nazir bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda artıq 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb: “Hazırda həmin müəssisələrdə 243 uşaq və 82 nəfər heyət üzvü var. Növbəti tədris ilində isə daha 6 belə müəssisənin istifadəyə verilməsi planlaşdırılır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
61
1
metbuat.az

2Mənbələr