"Bu tədris ilində 1-5 yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəliliyi 40%-ə çatıb".
Ölkə.Az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair brifinqdə deyib.
O rəqəmin 16%-dən artaraq 40%-ə çatdığını bildirib:
"Bu, rekord nəticədir. Gələn il bu rəqəmi 50%-ə çatdırmağı hədəfləyirik.
Ölkə üzrə məktəbəqədər təhsil müəssisələrində əlavə yerlərin sayı 120-130 min artıb".
Billurə