"Bu il bağçalar üzrə rekord say qeydə alınıb".
"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilə bağlı keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, 1-5yaşlıların məktəbəqədər təhsillə əhatəliliyi 2013-cü ildə 16,2 faizdən bu il 40 faizə çatıb. Həmçinin qeyd edilib ki, tərbiyəçilərin sertifikatlaşdırılması olacaq:
"Hazırda 520 məktəbəqədər təhsil müəssisəsində 50 minə yaxın uşaq hazır qida ilə təmin olunur. Ötən tədris ilində monitorinq nəticəsində 18 müəssisə müdirinin fəaliyyətinə xitam verilib".
Nigar
"Cebheinfo.az"