AZ

İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanıldı

Hacıqabulda narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ölkə.az-a verilən məlumata görə, ondan 1 kiloqram heroin və marixuana aşkarlanıb. Ə.Qarayev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına pul müqabilində narkokuryerlik etdiyini bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs  barəsində həbs qətimkan təbiri seçilib.

Seçilən
23
16
olke.az

10Mənbələr