1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yəməndən İsrail ərazisinə raket atılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) özünün "Telegram" kanalında məlumat verib.
Qeyd edilir ki, ölkənin bir neçə bölgəsində həyəcan sirenləri səslənir.
Daha sonra SAXAL Yəməndən atılan raketin İsrail Hərbi Hava Qüvvələri tərəfindən qarşısının alındığını bildirib.
Xatırladaq ki, bir gün əvvəl İsrail Müdafiə Qüvvələri Yəməndəki "Ənsar Allah" üsyançı hərəkatının hərbi obyektlərinə hücum etmişdi.