AZ

Nəsimi festivalında “Zamansız və məkansız” sərgisi nümayiş olunacaq

Bakı. Trend:

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığıilə keçiriləcək Nəsimi festivalının maraqlı təqdimatlardan biri də“Zamansız və məkansız” sərgisi olacaq.

Trend xəbər verir ki, sərginin açılışıfestivalın ilk gününə - sentyabrın 23-nə təsadüf edir. AzərbaycanMilli Xalça Muzeyində açılacaq ekspozisiyada Nəsimi poeziyası vəonun fəlsəfəsi, həmçinin sufi ənənələri və baxışları müxtəlifincəsənət növlərinin ahəngi vasitəsilə təqdim olunacaq. Bu məqsədlənümayiş üçün Azərbaycan və Türkiyənin aparıcı muzeylərindən nadirsənət inciləri seçilib. İzləyicilər Milli Azərbaycan TarixiMuzeyinin kolleksiyalarında, Azərbaycan Milli Xalça Muzeyininfondlarında saxlanılan unikal incəsənət nümunələri, eləcə dəAnkaradakı Etnografiya Muzeyi, İstanbul Türbələr Muzeyi, KonyadakıMövlanə Muzeyindən gətirilən eksponatlarla tanış olabiləcəklər.

Burada XVII-XX əsrlərə aid rəsm əsərləri, geyim nümunələri,xalçalar, musiqi alətləri, əlyazma kitab və digər qiymətlieksponatlar sərgilənəcək. Həmin sənət incilərinin hər biri sufidünyagörüşünün izlərini özündə yaşadaraq sufiliyin və hürufiliyinəsasını təşkil edən sonsuz eşqi, insanın ibadətlə Allaha mənəviyaxınlaşması və ruhi yüksəlişini izah edəcək.

Ekspozisiya oktyabrın 23-dək açıq olacaq.

Məqalədə:
Seçilən
7
5
az.trend.az

7Mənbələr