AZ

"Onlar heç olmasa direktor müavini olmalıdırlar" - Emin Əmrullayev

Böyük məktəblərdə direktor işləmək istəyən müəllimlər ən azı direktor müavini olmalıdırlar.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirilən brifinqdə deyib.

Nazirin sözlərinə görə, böyük məktəblərdə direktor vəzifəsinə namizəd olmaq istəyən şəxslər mütləq ən azı direktor müavini kimi fəaliyyət göstərmiş olmalıdırlar. Nazir bildirib ki, bu yanaşma təhsil müəssisələrinin idarə olunmasında peşəkarlığın və təcrübənin artırılmasına xidmət edir.

O əlavə edib ki, məktəb idarəçiliyi xüsusi məsuliyyət tələb edən sahədir və bu səbəbdən rəhbər vəzifəyə gələn şəxslərin həm pedaqoji, həm də təşkilati təcrübəsinin olması vacibdir.


Aqil Qarayev


Seçilən
48
1
news24.az

2Mənbələr