AZ

Yaponiya manevrlərdə ilk dəfə “Tomahawk” buraxılış qurğularından istifadə edəcək

Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri “Resolute Dragon” birgə manevrlər keçirməyə başlayıb. Bu manevrlərə “Tomahawk” qanadlı raketləri, həm də SM-6 zenit raketləri ilə təchiz edilmiş “Tayfun” orta mənzilli raket sistemlərinin yerləşdirilməsi daxildir.

Herbiand.az bildirir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Manevrlər ABŞ Dəniz Piyadaları Korpusunun İvakunidəki (Yamaquti prefekturası) bazasında keçirilir və sentyabrın 25-dək davam edəcək. “Tayfun” sistemləri ilk dəfə olaraq Yaponiya ərazisində yerləşdirilir. Bir müddət əvvəl yerli KİV-lər vurğulamışdılar ki, təlimlər başa çatdıqdan sonra onların İvakuni bazasından daşınması planlaşdırılır.

“Resolute Dragon” təlimləri Okinavanın cənub prefekturasının adalarında, Kyusu adasının cənub-qərbində və Yaponiyanın ən şimalında Rusiyaya bitişik Hokkaydo adasında keçiriləcək. Təlimlərə Yaponiya Quru Qoşunlarının 12 min əsgəri, ABŞ tərəfdən isə təxminən 1900 nəfər dəniz piyadaları və digər şəxsi heyət cəlb olunacaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
58
herbiand.az

1Mənbələr