AZ

ABŞ-də Gürcüstan əleyhinə qanun layihəsinin qəbulu baş tutmadı

TBİLİSİ, 11 sentyabr. TELEQRAF

“Gürcü xalqına, dövlətimizə və milli maraqlarımıza qarşə yönəlmiş düşmənçilik aktı – “Megobari aktı”nın yekun nəticədə qəbulu baş tutmadı”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan ABŞ ilə münasibətləri təmiz səhifədən başlamağa hazırdır.

“Bizim konkret məqsədimiz ABŞ ilə münasibətləri, strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında bərpa etməkdən ibarətdir. Biz buna ümid edirik. Digər məsələlər ABŞ-nin yeni administrasiyasından asılıdır”, - Baş nazir söyləyib.

Qeyd edək ki, ötən gün ABŞ-nin Helsinki Komissiyasında Gürcüstanla bağlı keçirilən dinləmələrdə konqresmen Stiv Koen təəssüflə bildirib ki, Senat “Meqobari aktı”nı qəbul etməyib və etməyəcək. O, bunu bəzi problemlərlə əlaqələndirib.

Seçilən
83
2
teleqraf.com

3Mənbələr