AZ

Dua Lipanın selfisi futbol dünyasında trend oldu: Ona hansı forma yaraşır?

Böyük Britaniyalı müğənni Dua Lipa sadə güzgü selfisi paylaşdıqdan sonra istəmədən futbol trendlərinin əsas simasına çevrilib.

Publika.az xəbər verir ki, fanatlar onun şəklini montaj vasitəsilə sevimli komandalarının formalarına əlavə ediblər.

Bir neçə gün ərzində ulduz bütün Cənubi Amerika, Avropanın nəhəng klubları və milli komandaların dəstəyini “qazanıb”. Bəzi şəkillər orijinaldan seçilmir, digərlərində isə süni intellektin izi aydın görünür.

Trend sürətlə böyüyüb, artıq klubların və liqaların rəsmi hesabları da bu dəb dalğasına qoşulub. “Bayern” belə yazıb: “Qırmızı sənin rəngindir, Dua Lipa”.

"Beşiktaş"ın basketbol komandası da trenddən geri qalmayıb.

Müğənni əvvəlki müsahibələrində “Liverpul”a xüsusi rəğbət bəslədiyini etiraf etsə də, özünü fanat adlandırmayıb. Çünki qardaşı və atası “Arsenal”a böyük sevgisi ilə tanınır. Görünür, o özü də “topçulara” simpatiya bəsləyir. Bu ilin aprelində “Emireyts” stadionunda “Arsenal”ın “Real” üzərində qələbəsini izləyib.

Publika.az

Seçilən
27
publika.az

1Mənbələr