"Hazırda Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması məsələsi gündəmdə deyil".
Missiya.Az "Ura.ru"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib.
Eyni zamanda o qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər etmək niyyətindədir və burada onun Prezident Vladimir Putinlə görüşü planlaşdırılır.
Nurlana ƏhmədovaMissiya.Az