AZ

Uşaq bağçasındakı insidenlə bağlı polisdən AÇIQLAMA

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Barama" adlı uşaq bağçasında dayə tərəfindən azyaşlının fiziki təzyiqə məruz qalması iddiaları polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Modern.az-a bildirib ki, polisə daxil olan məlumat əsasında təhqiqat qrupu adıçəkilən bağçada olub. Videogörüntülərə baxılaraq hadisə şahidlərinin, eləcə də digər şəxslərin izahatları alınıb. Toplanmış materiallar üzrə azyaşlının dayə tərəfindən döyülmədiyi müəyyən edilib. Həmçinin o da məlum olub ki, azyaşlının boğaz nahiyəsindəki xəsarətin izi digər həmyaşıdı ilə mübahisə edərkən baş verib. Dayə azyaşlılar arasında olan mübahisəni gördükdə isə onları ayırmağa çalışıb. İddialar üzrə aparılan araşdırmanın nəticəsində dayənin azyaşlıya qarşı fiziki zor tətbiq etməsi halı təsdiqini tapmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
7
modern.az

10Mənbələr