AZ

"Çocuklar Duymasın"ın "Havuç"u Furkan Kızılayın yeni peşəsi məlum oldu

"Çocuklar Duymasın"ın "Havuç"u Furkan Kızılayın yeni peşəsi məlum olduBir dövrün fenomen serialı *"Çocuklar Duymasın"*da canlandırdığı Havuç Emre obrazı ilə yaddaşlarda qalan aktyor Furkan Kızılay, bu dəfə fərqli sahədəki fəaliyyəti ilə gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq qalan 34 yaşlı aktyor, həm şəxsi həyatı, həm də sosial şəbəkə paylaşımları ilə diqqət çəkir.

Xatırladaq ki, Kızılay 1 iyunda uzun müddətdir münasibətdə olduğu sevgilisi Tutku Yılmaz ilə ailə həyatı quraraq medianın gündəminə gəlmişdi. Aktyorluq karyerasına fasilə verən Kızılay bu dəfə sosial şəbəkə hesabında paylaşdığı video ilə yeni peşəsini izləyiciləri ilə bölüşüb.

Paylaşımında o, belə deyib:

"Mən 17 ildir səsləndirmə işi ilə məşğulam. Bəlkə bir çox reklamda səsimi eşitmisiniz, amma kim olduğumu anlamamısınız. Studiyamız yerin 3 mərtəbə altında yerləşir. İçəridə qeydlər aparılırkən, mən film səsləndirirəm. Bəyənilən qeydlər seçilir və təsdiq prosesi başlayır. Təsdiq gəldisə, iş tamamdır. Yeni bir reklamı səsləndirdim… Görək eşidəndə bunun mən olduğumu anlaya biləcəksinizmi?"

Beləliklə, məşhur aktyorun səsləndirmə sənəti ilə uzun illərdir məşğul olduğu və bu sahədə karyerasını davam etdirdiyi ortaya çıxıb.

Seçilən
7
sonxeber.az

1Mənbələr