AZ

Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Nəsimi rayonundakı evlərin birindən 1750 manat oğurlanması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 44 yaşlı R. Mahmudov müəyyən edilərək saxlanılıb.

Rayon ərazisində paytaxt sakinə məxsus çantadan pul, bank kartı və sənəd talamaqda şübhəli bilinən yeniyetmə də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
5
7
sia.az

10Mənbələr