AZ

Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinlərinin nümayəndə heyətləri arasında sərhəddə görüş olub

ain.az, Missiya.az portalına istinadən məlumat verir.

Ötən həftə Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinlərinin nümayəndə heyətləri iki ölkənin sərhədyanı ərazilərində, Sünik vilayətinin cənub bölgələrində və Zəngilan bölgəsində görüşüblər. 

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirin müavini Mqer Qriqoryanın ofisi məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətlərinin tərkibinə Ermənistan və Azərbaycan dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi və Ərazi İdarəetmə Nazirliyinin nümayəndələri daxil olub.

Daşqın HəsənovMissiya.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
missiya.az

3Mənbələr