AZ

Lisey və gimnaziyaların sayı ARTIRILACAQ

Yazını böyüt
Yazını kiçilt

Son 4 ildə lisey və gimnaziyalara qəbul 2 dəfəyə qədər artıb.

Hafta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi brifinqdə söyləyib. Nazir qeyd edib ki, 2022-2023-cü tədris ilində 15 lisey və gimnaziya, 2023-2024-cü tədris ilində 32 lisey və gimnaziya, 2024-2025-ci tədris ilində 34 lisey və gimnaziya fəaliyyət göstərib.

Yeni tədris ili üzrə ümumilikdə 39 lisey və gimnaziya fəaliyyət göstərəcək. Gələcəkdə bu tip müəssisələrin sayının artırılması planlaşdırılır.

Seçilən
6
4
hafta.az

5Mənbələr