AZ

Superkompüter Avropa Liqasının favoritlərini müəyyənləşdirib

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Opta superkompüteri 2025/2026 mövsümündə Avropa Liqasını kimin qazanacağını proqnozlaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində "Opta Analyst" məlumat yayıb.

Superkompüter "Aston Villa"nın şanslarını daha yüksək qiymətləndirir - 21,6%. İkinci yerdə 12,8 faizlə "Roma" qərarlaşıb. İlk "üçlüy"ü isə 11,3 faizlə "Nottingem Forest" tamamlayır.

 Ən az ehtimal Niderland "Utrext"ində (0,5%) və Zaqreb "Dinamo"sundadır (0,8%).

Qeyd edək ki, Avropa Liqasında 2025/26 mövsümünün finalı İstanbuldakı "Beşiktaş" stadionunda keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
sport24.az

1Mənbələr